Məqalədə 4-izoproppenilfenol, formaldehid və 4-(1-metil)-1-dimetoksifosforiletil)fenolun üçlü polikondensləşməsindən üçlü sooliqomer alınmış və akrilonitril ilə reaksiyası aparılaraq tikili sopolimer əldə edilmişdir. Tikili sopolimerin strukturuna karboksil qrupunu daxil etmək üçün kalium hidroksidinin sulu məhlulunun iştirakı ilə hidrolizi aparılmışdır. Alınmış tikili sopolimerin model sulu sistemlərdən uranil ionlarının sorbsiyası prosesinin laboratoriya tədqiqat edilmişdir. Alınmış sopolimerin quruluşu IQ spektroskopiya vasitəsi ilə təsdiq edilmişdir. Müəyyən edilmişdir ki, uranil ionlarının sorbsiya prosesinə mühitin pH-ı əhəmiyyətli dərəcədə təsir edir. Sorbent tərəfindən uranil ionlarının çıxarılmasında ən yaxşı nəticələr pH 7–8-də əldə edilir (otaq temperaturunda onların sorbsiya dərəcəsi ~89–93%, SST isə ~229–239 mq/q-dır). Müəyyən edilmişdir ki, proses 24 saat ərzində tamamlanır, tikili sopolimer uranil ionlarının mineral turşular tərəfindən desorbsiyasından sonra təkrar istifadə edilə bilər
doi.org/10.32737/0005-2531-2023-1-155-161