ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
MOTOR YAĞLARINA MODIFIKASIYA OLUNMUŞ POLİALKENİL SUKSİNIMID AŞQARI
C.Ş.Həmidova, E.U.Isakov, E.İ.Həsənova, N.C.Hüseynova

Məqalə mühərrik yağlarında aşağı temperaturlardada çöküntünün qarşısının alınması üçün ən çox istifadə edilən aşqarlardan birinin - polialkenilsuksinimidin kimyəvi modifikasiya olunmuş versiyasının sintezinə həsr edilmişdir. Bu aşqarlar malein anhidridinin α-olefin oliqomeri ilə alkilləşdirilməsi və sonra alınan oliqoalkenilkəhrəba anhidridinin müxtəlif aminlərlə reaksiyaya uğratmaqla əldə edilir. Yeni aşqarın sintezində, heksen-1-in disiklopentadienlə birgə oliqomeri alkilləşdirici agent kimi istifadə edilmişdir ki, bu da polimer aşqarlarının sintezində istifadə olunan oliqomer birləşmələrin xammal ehtiyatlarını genişləndirməyə, həmçinin alınmış aşqara antikorroziya xüsusiyyətlərini verməyə imkan verir ki, bu da tərkibə ditsik­lopen­ta­dien həlqələrini daxil etməklə mümkün olur. Alınan birləşmənin tərkibi və quruluşu müvafiq fiziki-kimyəvi tədqiqat üsulları ilə öyrənilmişdir. M-11 yağında aşqarın 1.5% miqdar olması yağın korroziyasını tamamilə aradan qaldırır və yuyuculuq xas­sələrini yaxşılaşdırır və  bu da daha sadə tərkibli sürtkü kompozisiyası yaratmağa imkan verər və nəticədə iqtisadi səmərə əldə olunar

doi.org/10.32737/0005-2531-2023-1-149-154

Açar sözlər : aşqar, suksinimidlər, malein anhidrid, heksen-1, ditsiklopentadien, alkenil süksinimid anhidrid, dietilentriamin, suksinimid aşqarları
Məqaləyə baxın