ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
SÜRMƏ-QALAY KATALİZATORUNDA İZOBUTİLENİN METİLAKROLEİNƏ KATALİTİK OKSİDLƏŞMƏSİ PROSESİNİN KİNETİK QANUNAUYĞUNLUQLARI
A.S.Hüseynov, S.N.Quliyeva

Reaktorun seçimini təyin edən parametrlər reaktorun gücü, katalizatorun aktivliyi (həcm vahidinə düşən intensivlik), katalizatorun ümumi tələb olunan miqdarı, tam çevrilmə zamanı reaksiya qarışığının temperaturunun adiabatik dəyişməsinin qiyməti, reaktorun xarakteridir. Çevrilmə dərinliyi ilə reaksiya sürətinin və selektivliyin dəyişməsi və nəzəri optimallaşdırmanın nəticələri izotermik reaktorda sürmə-qalay oksid katalizatorunda izobutilenin metilakroleinə oksidləşməsi prosesinin həyata keçirilməsinə ehtiyac olduğunu göstərdi. Sürmə-qalay katalizatorunda prosesin aparılması üçün optimal şəraiti müəyyən etmək, izobutilenin metilakroleinə katalitik oksidləşməsi üçün reaktorun növünü və əsas struktur ölçülərini seçmək üçün biz riyazi modelləşdirmə metodundan istifadə etmişik. Sürmə-qalay katalizatorun istifadəsi ilə prosesin aparılması üçün optimal şəraiti müəyyən etmək, izobutilenin metilakroleinə katalitik oksidləşməsi üçün reaktorun növünü və əsas struktur ölçüləri müəyyən etmək və kimyəvi çevrilmə sürətləri haqqında məlumatlara əsaslanır. Kəmiyyət xarakteristikalarını əldə etmək üçün reaksiya qarışığının tərkibinə izobutilenin metilakroleinə oksidləşmə prosesi üzrə bir sıra təcrübələr aparılmışdır. Sürmə-qalay katalizatorunda izobutilenin metilakroleinə katalitik oksidləşməsi prosesinin kinetik qanunauyğunluqları qradiyenti olmayan kiçik həcmli reaktoru olan axın tipli qurğuda qeydə alınmışdır. Bu reaktorda stasionar rejimə çıxmaq üçün 15–25 dəq. vaxt tələb olunur

doi.org/10.32737/0005-2531-2023-1-115-121

Açar sözlər : izobutilen, akrolein, metilakrolein, asetat turşusu, metakril turşusu
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2024
MÜNDƏRİCAT
Davamı