ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
Cu2GeSe3 BİRLƏŞMƏSİNİN TERMODİNAMİK XASSƏLƏRİ
Y.Ə.Yusibov, Z.M.Əliyeva, M.B.Babanlı

Cu2GeSe3 birləşməsi və onun əsasında fazalar ekoloji təhlükəsiz termoelektrik və fotovoltaik materiallar kimi böyük maraq kəsb edirlər. Məqalədə bu birləşmənin elektrik hərəkət qüvvəsi (EHQ) üsulu ilə termodinamik tədqiqinin nəticələri təqdim olunur. Cu+ keçiriciliyə malik Cu4RbCl3I2 bərk elektrolitindən istifadə etməklə tərtib olunmuş mis elektroduna nəzərən qatılıq dövrələrinin elektrik hərəkət qüvvəsi 300-450 K temperatur intervalında ölçülmüşdür. Alınmış təcrübi nəticələrə  əsasən faza diaqramının Cu2GeSe3-GeSe2-Se üçfazalı sahəsindən götürülmüş tarazlıq ərintilərində misin parsial molyar funksiyaları, həmçinin Cu2GeSe3 birləşməsinin standart əmələ gəlmə termodinamik funksiyaları və standart entropiyası hesablanmışdır. Əldə edilmiş nəticələrin mövcud ədəbiyyat məlumatları ilə müqayisəli təhlili aparılmışdır

doi.org/10.32737/0005-2531-2023-1-108-114

Açar sözlər : EHQ üsulu, bərk elektrolit, Cu4RbCl3I2, mis-germanium selenidi, termodinamik funksiyalar
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2024
MÜNDƏRİCAT
Davamı