ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
SAXARİN-6-KARBON TURŞUSUNUN YÜKSƏK ŞAXƏLƏNMİŞ POLIQLİSERİDLƏRİNİN SİNTEZİ
E.T.Aslanova, M.N.Rəşidova, A.Ə.Qarayeva, S.Y.Heydərova

Saxarin-6-karbon turşusunun trigliseridinin müəyyən alifatik diaminlərlə polikondensasiyası nəticəsində termikidavamlı yüksək şaxələnmiş poliefirsulfoimidlər – saxarin-6-karbon turşusunun poligliseridləri alınmışdır. Sintez edilmiş birləşmələrin strukturları infraqırmızı spektroskopiya vasitəsilə təsdiq edilmişdir. Hədəf olunan məhsulun məhsuldarlığı 80–83 faiz təşkil edib. Müəyyən edilmişdir ki, sintez edilmiş poliqliseridlər polyar aproton həlledicilərdə yaxşı həll olunurlar. Alınan birləşmələrin termikidavamlılığı Paulik-Paulik-Erdey sistemli derivatoqrafiyasında diferensial- termiki analizlə tədqiq edilmişdir. Derivatoqrafik tədqiqatlar göstərmişdir ki, sintez edilmiş poliqliseridlər yüksək termikidavamlığa malikdirlər, hansı ki, onların tərkibindəki alifatik fraqmentin uzunluğu artdıqca azalır. Sintez edilmiş poliqliseridlərin termiki və fiziki-mexaniki xassələrinin müqayisəli qiymətləndirilməsi üçün sənaye polieterimid Zellamid 1000-in müvafiq parametrləri də verilmişdir. Məlum olmuşdur ki, alınan poliqliseridlər fiziki-mexaniki göstəricilərinə görə sənaye poliefirimidlərdən geri qalmır, termikidavamlılığına görə onları üstələyir

doi.org/10.32737/0005-2531-2023-1-83-89

Açar sözlər : saxarin-karbon turşusu, diamin, poliqliserid
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2024
MÜNDƏRİCAT
Davamı