ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
BİTKİ MƏNŞƏLİ KİTRƏ BİOPOLİMERLƏRİ NEFTVERİMİN ARTIRILMASINDA SIXIŞDIRICI MAYELƏR KİMİ
N.A.Zeynalov, Ü.Ə.Məmmədova, Ş.Z.Tapdıqov, S.S.Fatullayeva, N.T.Rəhimli, N.T.Şixverdiyeva, C.E.Quliyeva, A.R.Rəcəbli

İşdə  BMK kimi üç tip – şam (küknar), albalı və akasiya ağaclarının cavan gövdələrindən götürülən qətranlardan istifadə olunmuşdur. Yığılmış BMK-lər ayrı-ayrılıqda 24 saat müddətində fasiləsiz qarışdırmaqla həll edilib, süzülüb yenidən qurutmaqla toz halına salınaraq 250; 500; 1000 və 2000 mq/L qatılıqlı şirin suda məhlulları hazırlanmışdır. BMK-in şirin suda və duz və səthi aktiv maddə iştirakında özlülükləri, eləcə də bu özlülüklərin BMK-in miqdarından və temperaturdan asılılıqları öyrənilmişdir.Müəyyən olunmuşdur ki, albalı mənşəli kitrənin qatılığı 5 qr/l-dən aşağı olduqda 80 mPa×san özlülüyə nail olmaq mümkün deyil. 3.5 qr/l və 2.0 qr/l konsentrasiyalarda akasiya və küknar kitrələri məhlula ~80 mPa×san özlülük verir. Göstərilmişdir ki, hər üç biopolimer 2400C-yə qədər öz fiziki-kimyəvi xassələrini saxlayırlar və kitrələrdən hazırlanan məhlullardan hətta yüksək temperaturlu quyularda neftin sıxışdıırlmasında istifadə etmək mümkündür

doi.org/10.32737/0005-2531-2023-1-75-82

Açar sözlər : bitki mənşəlli kitrələr, küknar, albalı, akasiya, özlülük, neftin sıxışdırılması
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2024
MÜNDƏRİCAT
Davamı