ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
ZnAl-LDH/PVA NANOKOMPOZİTİNİN SİNTEZİ VƏ PATENT MAVİSİ V QİDA BOYASININ SULU MƏHLULLARDAN ADSORBSİYASI
O.O.Balayeva, A.Ə.Əzizov, M.B.Muradov, R.M. Alosmanov, S.M.Zülfüqarova, M.H.Abbasov, S.C.Məmmədyarova

Təqdim olunan tədqiqat işində sink və alüminium tərkibli laylı ikili hidroksidlər (ZnAl - LİH) polivinil spirti (PVS) matrisində birgə formalaşdırma metodu ilə sintez edilmiş və alınmış nanomateriallar Rentgen difraktometri, Brunauer-Emmett-Teller (BET) və ultrabənövşəyi spektroskopiya ilə tədqiq edilmişdir. Həm yüksək, həm də aşağı pH patent mavisinin ZnAl LİH/PVS –də sorbsiyasi üçün optimal pH seçilmişdir və bunun səbəbi boyaq molekulunun zvitterion olması ilə izah edilmişdir. Alınmış nanokompozitdə Patent Blue V qida əlavəsinin (E 131) sorbsiyası Temkin, Freundlich, Langmuir və Dubinin-Radushkevich (D-R) izoterm modelləri ilə tədqiq edilmişdir. Alınan izoterm əyrilərinə əsasən, PBV-nin adsorbsiyası Temkin modelinə daha çox uyğun gəlir. BET analizi ilə xüsusi səth sahəsi 5m2 g-1-dən 8.94 m2 g-1-ə kimi yüksəldiyi üçün bərpa olunan nanokompozit daha yüksək adsorbsiya göstərmişdir

doi.org/10.32737/0005-2531-2023-1-64-74

 

Açar sözlər : laylı ikili hidroksidlər (LİH), Patent mavisi V, polivinil spirti (PVS), nanokompozit, adsorbsiya, optik xassələr
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№2 2026
MÜNDƏRİCAT
- CdS NAZİK TƏBƏQƏLƏRİNİN QEYRİ-SULU ETİLENQLİKOL ELEKTROLİTİNDƏN ÇÖKMƏ ŞƏRAİTLƏRİNİN ONLARIN TƏRKİBİNƏ TƏSİRİN.Ş.Soltanova, Ü.M.Qurbanova, A.O.Zeynalova, D.M.Babanlı, R.Q.Hüseynova, Z.S.Səfərəliyeva, T.A.Əliyev, H.Ç.Əliyeva, D.B.Tağıyev
- MODİFİKASİYA EDİLMİŞ SEOLİT KATALİZATORU ÜZƏRİNDƏ PROPANNIN AŞAĞI MOLEKULLU KARBONİL BİRLƏŞMƏLƏRİNƏ PARSİAL OKSİDLƏŞMƏSİNİN KİNETİKASI VƏ MEXANİZMİA.M.Əliyev, G.A.Əli-zadə, M.Q.Əliyeva, A.A.Fətullayeva, A.R.Səfərov, Z.A.Şabanova, T.İ.Hüseynova, R.Y.AğayevaDavamı