NANOSTRUKTURLU HALLOİZİTİN İŞTİRAKI İLƏ QUDRONUN HİDROKREKİNQİ
Məqalədə qudronun suspenzləşdirilmiş nanostrukturlu halloizitin iştirakı ilə hidrokrekinq prosesinin nəticələri göstərilmişdir. Hidrokrekinq prosesinin gedişinə temperaturun və təzyiqin təsiri tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, temperatur və təzyiqdən asılı olaraq açıq rəngli neft məhsullarının çıxımı 46–50 kütlə % arasında dəyişir.
Açar sözlər : hidrokrekinq, qudron, suspenzləşdirilmiş nanostrukturlu katalizator, benzin, dizel fraksiyası
Məqaləyə baxın