ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
POLİXLORBENZOL VƏ TOLUOLLARIN KATALİTİK OKSİDLƏŞMƏSİ
A.C.Əfəndi, E.M.Babayev, İ.H.Məlikova, F.Ə.Yusifova, B.A.İsmayılova, N.F.Aykan, F.M.Nasiri

 

Polixlorbenzol və toluolların katalitik zərərsizləşdirilməsi üçün vanadium, molibden, fosfor, stibium, kobalt oksidləri əsasında katalitik sistemlər sintez edilmişdir. Müasir fiziki-kimyəvi RF, İQS, derivatoqrafik analizlə katalizatorlarda faza əmələgəlməsi, aktiv mərkəzlərin təbiəti və qüvvəsi müəyyən edilmişdir. Göstərilmişdir ki, katalizatorun aktiv komponentlərinin vəziyyəti faza əmələgəlmə prosesinə təsir edir. Alınmış katalizator nümunələrinin 1,2,4-trixlorbenzol və 2,3,4-trixlortoluolun 673–753 K temperaturda, 0.1–1.1 san kontakt müddətində xlorlu birləş-mələrin oksigenə 1:5–1:25 nisbətində oksidləşməsi reaksiyalarında aktivlikləri müəyyən edilmişdir. Xlorlu birləşmələrin zərərsizləşdirilməsi zamanı malein anhidridi və onun xlorlu törəmələri alınmışdır.

 

Açar sözlər : katalitk oksidləşmə, 1,2,4-trixlorbenzol, 2,3,4-trixlortoluol, vanadium,molibden, posfor oksid əsaslı katalizatorlar, malein anhidridi
Məqaləyə baxın