ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
BUXAR FAZALI XROMATOQRAFİYA ÜSULU İLƏ ÜZVİ BİRLƏŞMƏLƏRİN ANALİZİ ÜÇÜN KAPİLLYAR KOLONKALARIN TƏTBİQİ
V.M.Fərzəliyev, M.N.Əliyeva

 

REA NKSI-da hazırlanmış  mikro təmas səthli ka­pil­lyar kolonkalara hərəkətsiz maye faza ²Polifenil efiri² hopdurmaqla buxar fazalı xromatoqrafiya üsulu ilə üzvi birləşmələrin analizi nəticələrindən bəhs olunur. Yağ aşqarları sintezi üçün yarımməhsul olan alifatik spirtlər, turşular, aminlər və ditiobenzoy turşusu efirlərinin törəmələri analiz olunmuşdur. Analiz azot və su buxarı qaz-daşıyıcıları iştirakında aparılmışdır. Müqayisənin asan olması üçün analiz şəraiti eyni saxlanmışdır. Analiz edilən komponentlərin tutulma müd­dət­ləri, nəzəri boşqabların ekvivalent hündürlüyü və asimmetriklik əmsalları hesablanmışdır. Məlum   olmuşdur ki, qaz-daşıyıcı kimi su buxarından istifadə edildikdə analiz edilən birləşmələrin tutulma müddəti azalır və bölünmənin keyfiyyəti yaxşılaşır, piklərin simmetrikliyi artır.

 

Açar sözlər : kapillyar, mikro təmas sənhli kolonkalar, buxar fazalı xromatoqrafiya, qarışıqlar, spirtlər, turşular, aminlər
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı