Elmi ədəbiyyatda daha çox Mannix reaksiyası kimi tanınan aminometilləşmə reaksiyası β-karbonil birləşmələrinin alınmasında ən vacib üsullardan biridir. Bu reaksiyanın məhsulları (Mannix əsasları) sənaye və kənd təsərrüfatının müxtəlif sahələrində geniş istifadə olunur. Mannix əsaslarının tətbiqinin ən vacib sahələri arasında onların korroziya inhibitorları kimi istifadəsi vurğulanmalıdır. Təqdim olunan məqalədə yeni Mannix əsaslarının sintezi aparılır və onların sulfat reduksiya edən bakteriyaların yaratdığı biokoroziyanın yeni inhibitorları kimi istifadəsinin mümkünlüyü göstərilir. 1-Benziltioktan-2-olun formaldehid və heterosiklik aminlərin (piperidin, morfolin, heksametilenamin) əsasında yeni Mannix əsasları sintez edilmişdir. Reaksiya 45-50°C temperaturda 3-4 saat müddətində, ilkin maddələrin ekvimolyar nisbətində aparılmışdır. Alınan maddələrin çıxımı 70-74% təşkil etmişdir. Birləşmələrin fiziki-kimyəvi göstəriciləri təyin edilmiş, quruluşları İQ və 1H NMR spektroskopiya üsulları ilı təsdiq edilmişdir. Onların “Desulfovibrico desulfiricans” tipli sulfatreduksiyaedici bakteriyalara qarşı təsiri tədqiq edilmişdir. Müəyən edilmişdir ki, alınmış aminometoksi birləşmələr 1%-li qatılıqda yüksək qeyd olunan bakteriyalara qarşı yüksək bakterisid inhibitor xassəyə malikdir.
doi.org/ 10.32737/0005-2531-2023-4-31-39