Nd2S3-Ga2S3-EuS üçlü sisteminin fiziki-kimyəvi tədqiqi nəticələri verilmişdir. Bu tədqiqat (Ga2S3)0,315(Nd2S3)0,685 (e2)- (Ga2S3)0,33(EuS)0,67 (e5) kəsiyi istiqamətində aparılmşdır. Hazırlanmış nümunələr fiziki-kimyəvi analizin kompleks metodları (differensial termiki analis (DTA), rentgenfaza analizi (RFA), mikroquruluş analis (MQA), mikrobərkliyin ölçülməsi və sıxlığın təyini) ilə tədqiq edilmişdir. Alınan nəticələrə əsaslanaraq kəsiyin faza diaqramı qurulmuşdur. Müəyyən edilmişdir ki, (Ga2S3)0.315(Nd2S3)0.685 (e2) -(Ga2S3)0,33(EuS)0,67 (e5) kəsiyi Nd2S3-Ga2S3-EuS üçlü sistemin qeyri-kvazibinar kəsiyidir. Kəsiyin likvidusunun iki ilkin kristallaşma əyrisi təşkil edir. Soliduslar isə üç nonvariant üçlü evtektik tarazlıq müəyyən edilmişdir. Bu kəsik üçlü sistemin likvidus səthinin proyeksiyasında dörd tabelikdə olan üçbucağın sahəsindən keçdiyindən qurulan faza diaqramı dörd hissədən ibarətdir.