ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
N-ALKİL-N-ALLİL-N-(β-XLOR)ALLİLAMMONİUM DİHİDROFOSFATLARIN SİNTEZİ VƏ POLİMERLƏŞMƏLƏRİNİN TƏDQİQİ
Ə.M.Qaramanov, O.B.Abdiyev, N.X.Hüsiyev, D.Q.Abdullayev, R.Ə.Əhmədova, S.N.Allahverdiyeva M.M.İbrahimova, X.M.Balayeva

Sintez edilmiş N-alkil-N-allil-N-(β-xlor)allilaminlərin (AABA) polimerləşmə reaksiyaları mineral turşular (HCl, HNO3, H3PO4) məhlullarında termiki inisiatorlar – ammonium persulfat (AP) və azobisizoyağ turşusunun dinitrilinin (ABD) iştirakı ilə aparılmışdır. AABA-nın radikal polimerləşməsi PA və ABD-dən istifadə edilməklə inisiatorun 4.10-4 mol/l qatılığı, 600C temperaturda və 10–24 saat müddətində aparılmışdır. Göstərilən üsulla kifayət qədər yüksək molekul kütləli polimerləşmə məhsulları almaq olmur, amma AP AİD-yə nisbətən daha çox effektlidir. Lakin AABA-nın fotopolimerləşməsini (Т=200C, λ=360 nm) qatı turşu məhlullarında fotoinisiatorlar – uranil diakvadiasetat və uranil diakvadipivalat iştirakı ilə inisiatorun 4.10-4 mol/l qatılığında aparan zaman hər bir amin üçün xarakteristik özlülüyün kifayət qədər yüksək qiymətli suda həll olan polimerləri alınmışdır

doi.org/10.32737/0005-2531-2020-1-66-70 

Açar sözlər : N-alkil-N-allil-N-(β-xlor)allilaminlər, mineral turşular, termiki inisiator, fotoinisiator, polimerləşmə, su, aseton
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2026
MÜNDƏRİCAT
- TURŞ ELEKTROLİTDƏN SÜRMƏ İONLARININ ELEKTROREDUKSİYA PROSESİNİN ÖYRƏNİLMƏSİN.A. Əliyeva Məmmədova, S.F. Cəfərova, S.P. Cavadova, Ş.A. İbrahimova, A.A. Əliyev, S.D. Dadaşova, M.F. Nəbiyeva, M.T.Abbasov, H.Ç. Əliyeva, D.B. Tağıyev
- AĞIR METALLARLA ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN QARPIZ QABIĞI ADSORBENTİ: RSM OPTİMALLAŞDIRILMASI ÜÇÜN GAUSSIAN PROSES REQRESSİYASIM. Abubakar, Y. A. Musti, I. U. Usman, U. Ç. Ulakpa, A. M. Abubakar, M. Al-HedrevyDavamı