ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
ETİK QAYDALAR

Elmi məqalələrin hazırlanmasının etik prinsipləri

  • Müəlliflər yalnız orijinal məqalələr dərc etməli, yalnız orijinal tədqiqat materiallarından istifadə etməlidirlər. Digər mənbələrdən götürülmüş bütün materiallar müəllifin və ilkin mənbənin məcburi şəkildə göstərilməsi ilə müvafiq qaydada rəsmiləşdirilməlidir. Hər hansı formada plagiat, o cümlədən formalaşdırılmamış sitatlar, habelə başqasının tədqiqat nəticələrinə hüquqların mənimsənilməsi yolverilməzdir.
  • Müəlliflər tədqiqatın əsasını təşkil edən bütün şəxslərin töhfələrini göstərməlidirlər. Tədqiqatda iştirak etməyən şəxslər həmmüəllif kimi qeyd edilməməlidir.
  • Nəşr üçün təqdim olunan məqalənin müəllifləri tədqiqatın etibarlı nəticələrinə əsaslanmalıdırlar. Bilə-bilə qeyri-dəqiq məlumatların istifadəsi və açıqlanması qəbuledilməzdir.
  • Müəlliflər əvvəllər dərc olunmuş əsərləri, eləcə də başqa jurnallarda dərc olunması təklif olunan əsərləri jurnalda dərc olunmaq üçün təqdim etməmirlər.
  • Müəllifin Azərbaycan Kimya Jurnalında dərc olunmuş məqalələri başqa jurnallarda dərc oluna bilməz. Redaksiya şurası dərc edilmiş məqalələrin müəllif hüququnu özündə saxlayır.
  • Müəlliflər məqaləyə jurnalda dərc edilməsinə icazə verilən şəxsi məlumatlarını (iş yeri, iş yerinin ünvanı, vəzifə, e-mail) əlavə edirlər.
  • Müəlliflər məqalələrinin rəyə göndəriləcəyi ilə razılaşırlar (rəyçinin adı açıqlanmır) və rəyçinin şərhlərinə uyğun olaraq məqalələrini təkmilləşdirmək, qısaltmaq və ya əlavə etmək, qeyri-dəqiqlikləri aradan qaldırmaq üçün redaktorlarla əməkdaşlıq etməyi öhdələrinə götürürlər.
  • Əgər nəzərdən keçirilən və ya artıq dərc olunmuş məqalədə səhv və ya qeyri-dəqiqlik aşkar edilərsə, müəlliflər ən qısa zamanda jurnalın redaksiya heyətini xəbərdar etməlidirlər.

 

Müəllif və redaksiya heyəti arasında qarşılıqlı əlaqənin etik prinsipləri

  • Redaksiya şurasının öhdəliyi:
  1. Akademik standartlara uyğunluğu təmin etmək.
  2. Biznes tələbləri arasında maraqların toqquşmasını aradan qaldırmaq.
  3. Elmi nəşrlər üçün beynəlxalq səviyyədə qəbul edilmiş etik standartları və intellektual fəaliyyət prinsiplərini rəhbər tutaraq, təkzib və üzr istəmə, zəruri hallarda düzəlişləri dərc etməyə hazır olmaq.
  • Digər elmi əsərlərin və digər mütəxəssislərin qərəzli və yanlış qiymətlərini özündə əks etdirən siyasi xarakterli məqalələr çapa qəbul edilmir.
  • Məqalənin çapa buraxılması barədə qərar qəbul edərkən redaksiya müəllifin irqindən, cinsindən, cinsi oriyentasiyasından, siyasi və dini baxışlarından, sosial mənşəyindən və vətəndaşlığından asılı olmayaraq yalnız məqalənin məzmununu qiymətləndirir.
  • Elmi jurnalın redaksiya heyəti məqalə dərc etmək qərarına gələrkən məlumatların etibarlılığını, təqdim olunan işin elmi əhəmiyyətini və elmi yeniliyini rəhbər tutur.
  • Məqalədə digər elmi əsərlərdən köçürmə elementləri (plagiat) və ya eyni məqalənin müəllifləri tərəfindən müxtəlif jurnallarda dərc edilməsi faktları aşkar edildikdə, redaksiya bu cür nəşr etikasının pozulmasının səbəblərini aydınlaşdırmaq üçün tədbirlər görür; bu fakt barədə müəllifləri xəbərdar edir və məqaləni nəşrdən çıxarmaq və gələcəkdə onların məqaləsinə baxılmasına icazə verməmək hüququnu özündə saxlayır.
  • Redaktorlar təqdim olunan məqalələrin məxfiliyinə ciddi riayət edir: onlar dərc üçün alınmış materiallardan müəlliflərin yazılı razılığı olmadan üçüncü şəxsə ötürmür və ya şəxsi məqsədlər üçün istifadə etmirlər.
  • Redaksiya heyəti müəlliflərin bütün iddialarına ətraflı və əsaslandırılmış cavablar verir, münaqişəli vəziyyətlərin həlli üçün bütün səyləri göstərir.

Rəyçinin etik prinsipləri

  • Təqdim olunan bütün məqalələr bu elmi sahədə aparıcı ekspertlərdən olan ən azı bir rəyçidən rəy alır.
  • Rəyçi qeyd olunan tədqiqat nəticələrinə obyektiv və əsaslandırılmış qiymət verməyə borcludur. Müəllifin şəxsi tənqidi yolverilməzdir.
  • Təqdim edilmiş əlyazmalardan əldə edilən dərc olunmamış məlumatlar rəyçi tərəfindən şəxsi məqsədlər üçün istifadə edilməməlidir.
  • Öz fikrincə əlyazmanı qiymətləndirmək üçün kifayət qədər ixtisasa malik olmayan və ya obyektiv ola bilməyən rəyçi redaktoru özünün bu əlyazmanın nəzərdən keçirilməsi prosesindən kənarlaşdırması xahişi ilə məlumatlandırmalıdır.
  • Rəydə təqdim olunan məqalənin mövzu və həcm baxımından jurnalın tələblərinə uyğunluğu təhlil edilir, həmçinin elmi-texniki yenilik, materialın təqdimatının savadlılığı və aydınlığı, eksperimental məlumatların inandırıcılığı, biblioqrafik siyahının müasirliyi qiymətləndirilir.
  • Rəyçilər rəydən keçən məqalənin müəllifləri, orada təsvir olunan tədqiqat və ya tədqiqatı maliyyələşdirən şirkətlə bağlı maraqların toqquşmasından qaçmalıdırlar.
  • Məqalənin rəyçi tərəfindən nəzərdən keçirilməsinin nəticəsi onun dərc edilməsinin mümkünlüyü haqqında rəydir: təqdim olunmuş formada, yenidən baxılmaqla, əsaslı redaktədən sonra (təkrar ekspertiza ilə) və ya onun rədd edilməsi haqqında. Bu nəticə jurnalın redaksiya heyəti tərəfindən təsdiqlənir.
  • Xarici və daxili (redaksiya) rəyin nəticələrinə əsasən, müəllif məqaləyə tələb olunan düzəlişləri və onların edilməsi lazım olan vaxt çərçivəsini göstərən rəy alır.
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı